Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Çin şirkəti razılaşdı - İŞÇİ QRUPU YARADILACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Çin şirkəti razılaşdı - İŞÇİ QRUPU YARADILACAQ

Aprelin 3-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən "CETC International” şirkətinin baş direktoru Lonq Binin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

 

Reklam_3_11

Müdafiə Sənayesi Nazirliyindən (MSN) bildiriblər ki, nazir müavini Yəhya Musayev Azərbaycan ilə Çin arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə MSN-in fəaliyyətinə dair məlumat verib.

 

Görüşdə MSN ilə "CETC International” şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub.

 

Görüşdə Azərbaycanın Çindəki hərbi attaşesi, 1-ci dərəcəli kapitan Elçin Cəfərov da iştirak edib.

 

Qeyd edək ki, əsasən elektron komponentlərin və avadanlıqların istehsalı ilə məşhurlaşan və 100-dən çox ölkə ilə əməkdaşlıq edən "CETC International” şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir. Şirkət MSN-in təşkilatçılığı və dəstəyi ilə son illər Azərbaycanda keçirilən "ADEX” beynəlxalq müdafiə sərgilərində stendlə təmsil olunaraq öz məhsullarını nümayiş etdirib.

04.04.2019 05:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ