Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Almaniyada zavod sifarişləri kəskin azalıb - AVRO UCUZLAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyada zavod sifarişləri kəskin azalıb - AVRO UCUZLAŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyada emal sektoru sifarişləri Fevral ayında 0.3 faiz artım göstərməsi gözlənərkən 4.2 faiz geriləyib.



 
Almaniyada zavod sifarişləri Fevral ayında gözlənilməz bir şəkildə kəskin azalma göstərib.

Reklam_3_11

 

"Marja" xəbər verir ki, bu vəziyyət, Avropanın ən böyük iqtisadiyyatının sənaye sektorundakı çətinlikləri aradan qaldırmaq məsələsində uğurlu olmadığına digər bir işarədir. 
 

Zavod sifarişləri Fevral ayında, zəifləyən qlobal investisiya ilə əlaqədar olaraq, aylıq müqayisədə 4.2 faiz düşüb. "Bloomberg"in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, sifarişlərin 0.3% artması gözlənilirdi. Yanvar ayı göstəricisi isə 2.6 faiz azalmadan 2.1 faiz azalmaya dəyişdirilib.
 

Zavod sifarişləri həmin dövrdə ilik müqayisədə isə 8.4 faiz düşüb. Proqnoz azalmanın 3.1 faiz səviyyəsində reallaşması istiqamətində idi. Əvvəlki ayın göstəricisi 3.9 faiz azalmadan 3.6 faiz azalmaya dəyişdirilib.
 

 

İqtisadiyyat Nazirliyindən verilən açıqlamada, "Qarşıdakı aylarda emal sektorunda trend xüsusilə xarici tələb azlığına görə sabit qalmağa davam edəcək" deyilir. 

 

Dünya ölkələrində investisiyalar azaldığından Almaniya zavodlarına maşın və avadanlıqların sifariş verilməsi də azalıb.
 

Bu göstəricinin açıqlanmasından sonra Avro ucuzlaşıb. Hazırda Avro/Dollar məzənnəsi 1.1236 dollar səviyyələrindədir.
 

Emal sektorunda bu pisləşmə, Avro Bölgəsi rəsmiləri üçün digər bir xəbərdarlıq siqnalıdır. Əgər emal sektorunda zəiflik digər sektorlara da sıçrasa, bu vəziyyət region üçün etibar və iqtisadi gözləntilərin daha da pisləşməsinə səbəb olacaq.
 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

Avropa Mərkəzi Bankı (AMB) rəsmiləri gələn həftə pul siyasətini gözdən keçirmək üçün toplanacaq. Mövcud vəziyyət yeni stimulların  tətbiq edilməsini və faizin daha uzun müddət aşağı saxlanılmasını tələb edir.

04.04.2019 09:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ