Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Əmək müqavilələrinin sayı leqallaşma ilə 66 min artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək müqavilələrinin sayı  leqallaşma ilə 66 min artıb

Minimal əmək haqqının artması, qeyri-rəsmi məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri əmək müqavilələrinin sayında növbəti artıma imkan verib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin məlumatlarına əsasən, 2019-cu ilin yanvar-mart aylarında qeydiyyata alınmış əmək müqavilələrinin sayı (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 66 min artıb. Onlardan 47500-ü özəl, qalanı dövlət sektorunda bağlanıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Əmək müqaviləsi əsasında çalışmaq işçinin gələcək sosial təminat hüququna əsas yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq və s. kimi hüquqlar verir. Həmçinin əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmaları baxımından xüsusi önəm kəsb edir.  

 

 

Xatırladaq ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınmışdı.

04.04.2019 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ