Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sinqapurda yeni super otel tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sinqapurda yeni super otel tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sinqapurda əsas turizm obyektlərində miqyaslı yenidənqurma işlərinə start verilib.

 

Reklam_3_11

TASS informasiya agentliyinə xəbər verir ki, şəhər-dövlətin iki mehmanxana və əyləncə komplekslərinin operator kompaniyaları – “Marina Bay Sands” və “Resort World Sentosa” bu məqsədlə 9 milyard dollar ayırmağı planlaşdırır.

 

İki yüz metr hündürlükdə yerləşən gəmi formalı hovuzu ilə məşhur olan “Marina Bay Sands” mehmanxana kompleksi min nömrəlik 5 ulduzlu otelin, 15 min nəfərlik konsert zalının, həmçinin ticarət mərkəzi və restoranların yerləşəcəyi dördüncü binaya sahib olacaq.

 

Əsas əyləncə komplekslərinin cəmləndiyi Sentosa adasında yerləşən okeanarium da genişləndiriləcək. Yenidənqurma işlərindən sonra onun sahəsi üç dəfə artacaq. “Universal Studios” tematika parkında “Minyionlar” və “Super Mario” cizgi filmlərinin motivləri əsasında hazırlanan yeni zonalar yaradılacaq.

 

 

Sinqapurda fəaliyyət göstərən yeganə kazinonun modernizə olunacağı planlaşdırılır. Sentosa adasında “Marina Bay Sands” mehmanxanasında yerləşən kazinoya yeni zallar əlavə olunacaq. Kompaniyanın qumar biznesinin təşkili üzrə eksklüziv hüquqları 2030-cu ilə qədər uzadılıb.

 

Hökumətin hesablamalarına əsasən, planlaşdırılan layihələr ölkədə təxminən 25 min yeni iş yerinin açılmasına imkan yaradacaq. Bundan başqa, hakimiyyət orqanları illik turist axınının azı 500 min nəfər artacağını və bunun da hər il dövlət xəzinəsinə təxminən 500 milyon Sinqapur dolları (369 milyon ABŞ dolları) gətirəcəyini gözləyir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

04.04.2019 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ