Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Uşaqlara verilən məşhur qida satışdan çıxarılır - İçindən yad cisim tapılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uşaqlara verilən məşhur qida satışdan çıxarılır - İçindən yad cisim tapılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumat yayıb.

 

"Marja" xəbər verir ki, məlumatda deyilir: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilmişdir. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilmiş və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunmuşdur. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilmişdir. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

 

 

"Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

 

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir",- birgə məlumatda deyilir.

 

Azərbaycanda “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distrübütoru "Veysəloğlu" şirkətidir. Məlumata görə, ölkədə “Malyutka” uşaq qidasının satışını bu şirkət həyata keçirir.

04.04.2019 10:22

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ