Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR istiqrazı sahiblərinin gəlirləri 12 milyon 500 min dollara yüksələcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR istiqrazı sahiblərinin gəlirləri 12 milyon 500 min dollara yüksələcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 17 aprel tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin  ikinci faiz ödənişi həyata keçiriləcək.

 

Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüləcəyi bildirilib.

 

SOCAR İstiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 10-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlmiş olacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 110-dan çox, ümumilikdə isə 1700 əqd bağlanıb.

 

 

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olacaq və müddətin sonunda isə istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcəkdir.

04.04.2019 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ