Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta” zərərdən mənfəətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” zərərdən mənfəətə keçib

“Qala Sığorta” ASC 2018-ci ili 1 milyon 133 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, şirkət 2017-ci ili 618,9 min manat zərər ilə bağlamışdı.

 

Reklam_3_11

GƏLİRLƏRİ İKİQAT ARTIB

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Qala Sığorta”nın cəmi gəlirləri 21 milyon 265 min manat, cəmi xərcləri 19 milyon 945 min manat təşkil edib. Şirkət 1 milyon 320 min manatlıq maliyyə mənfəətindən 187 min manat mənfəət vergisi ödəyib.

 

2017-ci ildə “Qala Sığorta”nın cəmi gəlirləri 10 milyon 659 min manat, cəmi xərcləri isə 11 milyon 278 min manat təşkil etmişdi. Gəlirlərin artması xərclərin artmasını üstələdiyindən şirkətin mənfəəti yaranıb.

 

DAHA ÇOX HAQQ YIĞIB

 

2018-ci ildə “Qala Sığorta”nın topladığı sığorta haqları 16 milyon 557 min manat, sığorta ödənişləri 1 milyon 997 min manat təşkil edib.

 

 

2017-ci ildə şirkətin topladığı sığorta haqları 10 milyon 914 min manat, sığorta ödənişləri isə 431,8 min manat təşkil etmişdi.

 

“Qala SIğorta” riskləri təkrarsığortaya verib. Belə ki, ötən təkrarsığortaya verilmiş sığorta haqları 12 milyon 351 min manat təşkil edib (2017-də 7 milyon 188 min manat).

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən "Qala Sığorta"nin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 91,11%-lik səhmdarı) məxsusdur. 

04.04.2019 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ