Ən yuxarı statik reklam_3

Qlobal ərzaq qiymətləri - KƏRƏ YAĞI YENİDƏN BAHALAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal ərzaq qiymətləri - KƏRƏ YAĞI YENİDƏN BAHALAŞIR

Qlobal ərzaq qiymətləri Martda aylıq müqayisədə dəyişməyib, illik müqayisədə isə geriləyib.
 

"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsinin qiymətlərini göstərən Ərzaq Qiymətləri İndeksi, Martda Fevral ayı ilə müqayisədə dəyişməyib və 167 bənd olaraq baş tutub. İndeks, ötən ilin eyni ayı ilə müqayisədə isə 3,6 faiz düşüb.
 

Reklam_3_11

Qlobal ərzaq qiymətləri, süd məhsullarındakı qiymət artımı ilə taxıl, bitki mənşəli yağ və şəkər qiymətlərinin aşağı düşməsilə tarazlanıb.
 

Süd Məhsullarının Qiymət İndeksi, Martda əvvəlki aya nisbətən 6,2 faiz artmışdır. Sözügedən artıma kərə yağı, pendir və süd tozuna artan idxal tələbi təsir göstərib.
 

Ət Qiymətləri İndeksi də bu dövrdə aylıq müqayisədə 0,4 faiz artarkən, Bitki Yağı Qiymətləri İndeksi 4,4 faiz azalma qeyd edib.
 

 

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymətləri İndeksi, Martda əvvəlki aya nisbətən 2,2% azalıb. Taxıl qiymətlərindəki azalmaya buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəb olub. 
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Şəkər Qiymətləri İndeksi də mühüm istehsalçı ölkələrdəki məhsuldarlığın təxmin ediləndən çox olması səbəbindən bu dövrdə 2,1 faiz azalıb.

04.04.2019 15:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ