Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan bankının İdarə Heyəti yenidən formalaşdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankının İdarə Heyəti yenidən formalaşdırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Access Bank” QSC-nin İdarə Heyəti (İH) yenidən formalaşdırılacaq.

 

Reklam_3_11

Hazırda Bankda İH-nın 2 sədr müavini vəzifələri vakantdır.

 

Belə ki, işdən çıxmış müavinlərdən biri Tariyel İsmayılov bir qədər əvvəl “Bank Respublika”nın İH-nın sədri vəzifəsinə təyinat alıb. Digər müavin Albrext Sabelus isə bu günlərdə vətəninə - Almaniyaya qayıdıb. Onların yerinə 2 xarici vətəndaşın təyin ediləcəyi gözlənilir. 

 

Xəbər verdiyimiz kimi, "AccessBank"ın rəhbərliyində yeni təyinatlar olub. 

 

 

Xatırladaq ki, martın 14-də "AccessBank" kapitalın artırılması prosesinin başa çatdırıldığını elan edib. Belə ki, bankın nizamnamə kapitalı 118,5 mln. manat artaraq 258 mln. manata çatdırılıb. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ikinci dərəcəli kapital subsidiyalaşdırılmış borc alətlərinin köməyi ilə əlavə olaraq 22 mln. manat artırılacaq, daha 22 mln. manat isə zərurət yarandıqda gələcəkdə istifadə ediləcək "şərti kapital”a yönəldiləcək.
 

​Bankın səhmdarlarının yeni tərkibi bu cürdür: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), "responsAbility SICAV (Lux)" (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), "Symbiotics SICAV" (2,27%), GGF (1,77%), "LFS Advisory GMBH" (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

© Report

04.04.2019 17:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ