Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda “Malyutka- 2” uşaq qidası qalmaqalı – YENİ FAKTLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Malyutka- 2” uşaq qidası qalmaqalı – YENİ FAKTLAR

09:23

 

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi agentliyi “Malyutka - 2” əmtəə nişanlı uşaq qidasının tərkibində istehlak üçün yararsız yad cisimlər aşkar olunduğunu açıqlayıb.

 

“Marja” xəbər verir ki, açıqlamadan sonra satış şəbəkələrindəki “Malyutka-2” uşaq qidasına sahib çıxan yoxdur.

 

Dünən məlum oldu ki, 2018-ci ilin Noyabr ayınadək “Malyutka- 2” uşaq qidasının Azərbaycana idxalı və satışı ilə “Veysəloğlu” MMC şirkəti məşğul olub. Şirkətin PR meneceri Aynur Musayeva “Marja”ya açıqlamasında bildirdi ki, 2018-ci ilin Noyarından "Malyutka-2” məhsulu ilə bağlı "Veysəloğlu" şirkəti məsuliyyət daşımır: “Noyabr ayının 1-dən etibarən istehsalçı şirkət ilə bizim müqavilə bitib. Yəni, onlardan nə mal alışı, nə də dağıtımını həyata keçirmişik. Əməkdaşlığın dayandırıldığı barədə əlimizdə sənəd var”.

 

Azərbaycana idxal olunan “Malyutka” uşaq qidaları məşhur "Danone" şirkətinin törəmə şirkəti olan və Polşada fəaliyyət göstərən “Nutricia zaklady produkcyjne sp z oo” şirkəti tərəfindən istehsal olunur.

 

Verilən məlumatlara görə,“Veysəloğlu” şirkəti “Nutricia” şirkətilə əməkdaşlığı dayandırdıqdan sonra “İDC-2000” MMC şirkəti distribüter olub və “Malyutka” uşaq qidalarının Azərbaycana idxalına başlayıb. Şirkətin direktor müavini Fuad Rzayev mətbuata açıqlamasında bildirib ki, tərkibində yad cisimlər aşkar olunan məhsul onlara aid deyil:

 

“Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC"-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır. 2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil”.

 

2018-İN SONUNADƏK İSTEHSAL OLUNMUŞ QİDALARI “VEYSƏLOĞLU” İDXAL EDİB

 

“Marja”nın marketlərdə apardığı araşdırma göstərir ki, hazırda satışda həm “Veysəloğlu” MMC, həm də “İDC-2000” MMC tərəfindən idxal olunmuş “Malyutka” uşaq qidaları mövcuddur. Halbuki, “Veysəloğlu” MMC 2018-ci ilin Noyabr ayından bu məhsulların idxalını və satışını həyata keçirmədiyini açıqlayıb.

 

Diqqəti cəlb edən, üzərində distribüterin (idxalçının) “Veysəloğlu” MMC olduğu göstərilən “Malyutka” uşaq qidalarının istehsal tarixinin 2018-ci ilin sonunadək olmasıdır. İstehsal tarixi 2019-cu ildə olduğu göstərilən “Malyutka” uşaq qidalarının üzərində isə idxalçının “İDC-2000” MMC olduğu yazılıb.

 

Məsələn, satışda istehsal tarixi, 18.11.2018, 03.12.2018-ci il tarixiləri olan qidaların üzərində distribütorun “Veysəloğlu” MMC olduğu göstərilib. Əgər “Veysəloğlu” MMC 2018-ci ilin Noyabr ayından “Nutricia” şirkətilə müqaviləsinin bitdiyini açıqlayırsa, nə üçün sonrakı tarixlərdə istehsal edilmiş “Malyutka” uşaq qidalarının üzərində distribütorun “Veysəloğlu” MMC olduğu yazılıb? Bu irəli istehsal tarixi yazmaq saxtakarlığıdır?. Yoxsa, əməkdaşlıq dayansa da, istehsalçı, üzərində “Veysəloğlu” MMC yazılan məhsulları yeni distribütor vasitəsilə Azərbaycana göndərməyə davam edib? Və ya burada bizneslərarası mübarizə gedir? Yaranan suallar çoxdur. 

 

(Qeyd edək ki, bu məqalə yayımlandıqdan sonra “Veysəloğlu” MMC mövzu ilə bağlı açıqlama yayıb.“Veysəloğlu” MMC-nin açıqlamasını buradan oxuya bilərsiniz.)  

 

Araşdırma zamanı, satışda istehsalı 2018-ci il ərzində olmuş və üzərində distribütorun “İDC-2000” MMC olduğu barədə məlumatın verildiyi “Malyutka” uşaq qidalarını görmədik. Üzərində, distribütorun “İDC-2000” MMC olduğu yazılmış qidalar 2019-cu ildə istehsal edilib.

 

Araşdırmaya əsasən qeyd edə bilərik ki, satışda olan “Malyutka” uşaq qidaları, idxalçının  “Veysəloğlu” və ya “İDC-2000” olmasından asılı olmayaraq “Nutricia zaklady produkcyjne sp z oo” şirkətinə məxsusdur.

 

 

SATIŞ ŞƏBƏKƏLƏRİNDƏN ÇIXARILMAYIB

 

Qida Təhlükəsizliyi Agentliyi araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılmasını, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələrini xahiş edib. Hər iki idxalçı şirkət məhsulları satış şəbəkəsindən çıxarmayıb.

 

LABORATOR MÜAYİNƏLƏRİ APARILACAQ

 

Əlavə edək ki, içərisindən yararsız yad cisimlər aşkar olunmuş “Malyutka - 2” uşaq qidasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 


 

11:00

“Malyutka 2” uşaq qidası ilə bağlı yayılan xəbər haqqında “Veysəloğlu” MMC-nin açıqlaması

 

“Veysəloğlu” MMC haqqında mətbuatda qeyd edilən uşaq qidası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

 

Bu, Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilir.

 

Açıqlamada bildirilir:

 

"“Veysəloğlu” MMC İyun 2007 - Aprel 2018-ci il  tarixlərində Nutricia B.V. (Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq etmiş və qeyd edilən şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının respublikamıza dağıtımını həyata keçirmişdir.  Lakin 2018-ci ilin aprel ayından etibarən şirkətimiz “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırmışdır.  1 noyabr 2018-ci il tarixindən etibarən isə adı çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilmişdir.

 

“Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların (“Malyutka 2” - 350 gr) son istifadə tarixi 06.03.2020-dir.  Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir.  Yəni mediada şəkilləri yayılan “Malyutka 2” uşaq qidası “Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilmişdir.

 

Xüsusi olaraq qeyd etmək istərdik ki, “Veysəloğlu” MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən “Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı “Nutricia” şirkətinə sifariş verilməmişdir.  Xitam müqaviləsinin imzalanmasına qədər (1 noyabr 2018- ci il tarixinədək) satılan bütün məhsullarla bağlı “Veysəloğlu” MMC məsuliyyət daşıyıb.  Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən “Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan  “Malyutka 2” ( 350 gr) uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə “Veysəloğlu” MMC məsuliyyət daşımır.  

 

Eyni zamanda qeyd etmək istərdik ki, xitam müqaviləsi imzalandığı tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları “Nutricia” şirkətinin təyin etdiyi “İDC 2000” şirkətinə təhvil verilib.  Yararsız mallar isə “İDC 2000” şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilmişdir.  

 

Qeyd etmək istərdik ki, əməkdaşlığımızın bitməsindən sonra “Veysəloğlu” MMC nümayəndəsi tərəfindən istehsalçı və idxalçılara yazılı şəkildə, həmçinin telefonla satış nöqtələrində sərgilənən məhsulların üzərində rəsmi distribyuterin “Veysəloğlu” MMC şirkətinin qeyd olunduğu və son istifadə müddətinin az qaldığı üçün yığışdırılması tələb edilmişdir.  Əlavə olaraq əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan “Veysəloğlu” MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilmişdir.

 

İstehlakçılara bildirmək istəyirik ki, “Veysəloğlu” MMC tərəfindən bütün məhsullarla bağlı şirkətlərlə əməkdaşlıq etdiyi müddətdə keyfiyyət proseduruna əsasən idxal olunan məhsullardan əvvəlcə nümunələr götürülür və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda sınaqlar aparılır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qida təhlükəsizliyi baxımından önəm kəsb edən məhsullarımızın dağıtım mərkəzlərində ilk qəbuldan, saxlanma, daşınma və müştərilərə təqdim olunana qədər bütün proses boyu nəzarətləri təmin olunur və dağıtım mərkəzində, mağazalarda mal qəbulu, hətta mağazalarda vitirinlərdə qaldığı müddət ərzində belə, yoxlama mərhələlərindən keçirilir.

 

Xatırlatmaq istərdik ki, “Veysəloğlu” MMC olaraq idxal etdiyimiz məhsulların keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əməkdaşlıq edirik.  Bu məqsədlə bütün məhsullarımız AQTA tərəfindən tətbiq edilən normativlərə əsasən qeydiyyatdan keçirlər.

 

Sözü gedən məhsulun istehsalı və dağıtımı ilə əlaqədar olaraq İstehsalçı “Nutricia” və idxalçı “İDC 2000” şirkəti tərəfindən “Veysəloğlu” MMC-yə qarşı kobud şəkildə qanunvericilik tələbləri pozulmuş, etiketlənmə prosesində idxalçı haqqında səhv informasiya verilməklə şirkət adı düzgün qeyd edilməmişdir.  Bununla da, “Veysəloğlu” MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Bu barədə “Veysəloğlu” MMC olaraq, istehlakçıların hüquqlarının pozulması və şirkət adının doğru hallanmaması ilə əlaqədar olaraq istər istehsalçı, istər idxalçı şirkət haqqında hüquq mühafizə orqanlarına müraciət ediləcək.

 

 

“Veysəloğlu” MMC uzun müddətli təcrübəsinə, tətbiq etdiyi beynəlxalq standartların tələblərinə və keyfiyyətin idarə olunması prosedurlarına əsaslanaraq satışını həyata keçirdiyi məhsulların keyfiyyətinə zəmanət verir, fəaliyyətini müştəri məmnuniyyəti üzərində qurmağa önəm göstərir".

05.04.2019 07:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ