Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İnternet xidməti haqqının ödənilməsində yenilik

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnternet xidməti haqqının ödənilməsində yenilik

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz Telekommunikasiya Qovşağının xidməti ərazisində internet istifadəçiləri üçün xidmət haqqının ödənilməsində yeni qaydalar tətbiq edəcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, “aztelekom.net” internet provayderinə qoşulan yeni və mövcud istifadəçilər aylıq istifadə haqqını ödədiyi zamandan (saat, gün) etibarən xidmət aktiv ediləcək və 1 ay ərzində istifadə müddəti bitdiyi gün (saat, gün) son istifadə tarixi kimi qeyd olunacaq.

 

Aylıq abunə haqqı bitdiyi tarixdə xidmət avtomatik olaraq deaktiv ediləcək və ödəniş aparılmadığı müddət üçün borc hesablanmayacaq.

 

İstənilən zaman istifadə haqqını ödəməklə xidmət yenidən aktiv ediləcək və həmin gündən etibarən hesablanma aparılacaq.

 

Məsələn, istifadəçi xidmət haqqını həmişə olduğu kimi ayın 14-də deyil, 25-də ödəyərsə, internet xidməti həmin gündən aktiv ediləcək və növbəti ayın 25-dək internetdən istifadə edə biləcək.

 

©Trend

06.03.2017 13:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ