Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Diqlas”dakı alov söndürülsə də, külündə sovrulanlar olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqlas”dakı alov söndürülsə də, külündə sovrulanlar olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Martın 26-da "Diqlas” Ticarət Mərkəzindəki yanğın söndürülsə də, külündə sovrulanlar olacaq. Rəsmilər hazırda zərərçəkənlərə kompensasiyaların verilməsi və onların müxtəlif satış nöqtələrində yerlə təmin olunması ilə məşğuldur. Gələn məlumatlara görə, proseslərin yekununda yanğına körüklə gələnlər xüsusi “mükafatlandırılacaqlar”.

 

Reklam_3_11

Ən böyük “mükafat” isə təyinat aldığı 2015-ci ildən bu yana Nizami rayonunu böyük “bazar”a çevirən Arif Qasımova veriləcək.


Yanğın baş verən günün ertəsi PrezidentAdminstrasiyasının (PA) rəsmisi Hüseyn Mövsümov sahibkarlarla görüşdə “insanlara dəyən zərər ödənildikdən sonra bu yanğında məsuliyyəti olan hər kəs cəzalandırılacaq”, - deyə xəbərdarlıq etmişdi. 


Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən təcili müşavirədə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov açıq şəkildə Nizami rayon icra hakimiyyətinin başçısını məsuliyyətsizlikdə, nazirliyin tapşırıqlarına əməl etməməkdə suçlamışdı. K.Heydərov bildirmişdi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən "Diqlas” Ticarət Mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib:

 

“Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”. 


Belə çıxır ki, icra başçısı A.Qasımov mütəmadi xəbərdarlıq almasına baxmayaraq, lazımi tədbirlər görməyib və öz havasına “oynamaqda” davam edib.

 

Müvafiq qurumların göstərişindən sonra aparılan yoxamalar zamanı Bakının ən böyük bazarlarının yerləşdiyi Nizami rayonundakı ticarət mərkəzlərinin heç birində qaydalara əməl olunmadığı müəyyən edilib.

 

 

Heç şübhəsiz ki, bütün bunlara hansısa maraq müqabilində göz yumduğu iddia edilən Arif Qasımovun aqibətinin yaxşı olmayacağı gələn məlumatlar sırasındadır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Modern

05.04.2019 07:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ