Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən varlı adamı 35 milyard dollara boşandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlı adamı 35 milyard dollara boşandı

131 milyard dollarlıq sərvətilə dünyanın ən varlı adamı olan Cef Bezos (Jeff Bezos), roman müəllifi olan həyat yoldaşı Mackenzie Bezos ilə 35 milyard dollarlıq müqavilə ilə boşanıb.


 

Dünyanın ən böyük pərakəndə internet satış saytı olan "Amazon"un banisi və Forbes jurnalına görə, 131 milyard dollarlıq sərvətilə dünyanın ən varlısı olaraq qəbul edilən Cef Bezos, 4 uşağının anası, 25 illik həyat yoldaşı olan Mackenzie Bezosdan bir sərvət verərək boşanıb. İkili arasında boşanma müqaviləsinin məbləği 35 milyard dollar təşkil edir.

 

BU MÜQAVİLƏ BİR REKORDDUR

 

Müqaviləyə görə, Mackenzie, "Amazon"dan 4% pay alacaq və "Washington Post" qəzeti ilə kosmos səyahəti şirkəti "Blue Origin"dəki səhmlərinin hamısını Cef Bezosa təhvil verəcək. Bu rekord müqavilə, indiyə qədər görülən ən yüksək məbləğdir.

 

 AMAZON-UN 4%-İNİ VERİB

 

Bezos cütlüyündənn əvvəl ən yüksək aliment, sənət koleksiyaçısı Alec Wildenstei-nın xanımı Jocelyn-ə ödədiyi 3.8 milyard dollar idi.

 

Rekord boşanma müqaviləsinin detallarını Mackenzie Bezos Twitter hesabından bildirib. Boşanma müqaviləsindən öncə Cef Bezos "Amazon" səhmlərinin 16.3%-nə sahib idi. Müqaviləyə görə, bu nisbətin 75%-i Bezosa, 25%-i boşandığı həyat yoldaşı Mackenzie-ə qalacaq. Nəticədə, Mackenzie Amazon-un səhmlərinin 4%-nə sahib olacaq.

 

Cef Bezos və Lauren Sanchez-in əlaqəsi olduğu bilinir.

 

"BİR-BİRİMİZƏ DƏSTƏK OLDUQ"


 
MacKenzie Bezos, Twitter hesabından verdiyi açıqlamada, boşanma prosesinin Cef ilə qarşılıqlı bir-birlərinə dəstək olaraq başa çatmasından məmnunluq duyduğunu söyləyib. Dörd uşaqları olan cütlük, Bezosun Amazon-u qurduğu 1994-cü ildən bu yana birlikdəydilər. Mackenzie Bezos şirkətin ilk əməkdaşlarından biri idi.


 
 KEÇƏN İLKİ DÖVRİYYƏSİ 233 MİLYARD DOLLAR OLUB


 
Dünyanın ən böyük pərakəndə internet satış saytı olan Amazon-un keçən il etdiyi dövriyyə 232.8 milyard dollar təşkil etmişdi. Forbes jurnalına görə, bu rəqəm ilə, Bezos və ailənin sərvəti də 131 milyard dolaraq çıxmışdır. 


 
 UĞURLU BİR ROMAN MÜƏLLİFİDİR
 


Mackenzie Bezos uğurlu bir roman müəllifidir. '"The Testing of Luther Albright" və "Traps" adlı iki kitabı olan Mackenzie Bezos, Pulitser mükafatı laureatı yazıçı Toni Morrisonun  Prinston Universitetində tələbəsi olub. Morrison, Mackenzienin yaradıcı dramaturgiya sinifində ən yaxşı tələbələrdən biri olduğunu deyib.


 
 LAUREN SANCHEZ İLƏ ƏLAQƏSİ VAR


 
Cef Bezosun, Fox TV-nin keçmiş diktorlarından Lauren Sanchez ilə əlaqəsi olduğu bildirilir. Bezos və həyat yoldaşının yanvar ayında ayrılacaqlarını bildirməsinin ardından Amerika  jurnalı National Enquirer, Bezos və Sanchez-in əlaqələrinə dair materiallar yaymışdı.  

05.04.2019 08:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ