Bu gün valyuta birjalarında qazanc imkanı var

Cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

 

Qeyd edilən önəmli məlumatlardan yararlanaraq qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz – TİCARƏT HESABI AÇ

 

ÜMUMİ MƏLUMAT


Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. "NFP" bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.

 

NƏ GÖZLƏNİLİR?


Mart ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.8%, məşğulluq səviyyəsində 180000 nəfər və əmək haqlarında isə 0.2% artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, "NFP" üzrə 200000 nəfər və əmək haqlarında 0.3% üzərində açıqlanan göstərici güclü hesab edilir. İşsizlik isə artıq tam məşğulluq səviyyəsindədir.

 

VALYUTA BİRJALARINA TƏSİRİ


ABŞ-da tam məşğulluq hökm sürsə də, əmək haqlarında artım Amerika mərkəzi bankı (FED) tərəfindən zəif qiymətləndirilir. Beləliklə, əmək haqları ilə bağlı göstərici proqnozlaşdırıldığı kimi yayımlanarsa, bu, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1%-ə kimi ucuzlaşmasına təsir edə bilər. 



İşsizlik və "NFP" ilə bağlı göstəricilər də proqnozlara yaxın rəqəmlərlə dərc edilərsə, dollarda ucuzlaşma daha da sürətlənə bilər. Lakin alternativ olaraq isə işsizlik və "NFP" ilə bağlı göstəricilər proqnozlardan daha yaxşı açıqlanarsa, bu, gələcək aylarda əmək haqlarının da yenidən arta biləcəyinə və beləliklə, dolların da bahalaşa biləcəyinə işarədir.


Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

5 Aprel 2019 , 10:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin