Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Barama üçün yeni tingçilik təsərrüfatı yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Barama üçün yeni tingçilik təsərrüfatı yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Xalq Respublikasından əvvəlki illərdə gətirilmiş tinglərin  budanmasından əldə olunan zoğlardan ibarət müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır.

 

Reklam_3_11

Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3408 nömrəli tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə tut (çəkil) tingliyi təsərrüfatının yaradılması nəzərdə tutulur.

 

 

Baramaçılğın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çin Xalq Respublikasından son üç ildə 3,5 milyon ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingləri tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib. Bu tinglər yerli  torpaq iqlim şəraitində  yüksək məhsuldarlıq göstərərək barama istehsalı üçün keyfiiyətli yarpaq çıxımına malikdir. Bu baxımdan Dövlət Proqramının icrası məqsədilə  Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinə məxsus  1 hektarlıq  torpaq sahəsində Çindən əvvəlki illərdə ölkəyə  gətirilmiş tinglərin  budanmasından əldə olunan zoğlardan istifadə edərək müasir texnologiya əsasında tingçilik təsərrüfatı yaradılıb.

 

 Bu tingçilik təsərrüfatında 200-250 min ədəd tingin yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün sahəyə üzvi və mineral gübrələr verilib, dərin şum aparılıb, 90 sm ara məsafəsi olmaqla  tirələr düzəlib  və tirələrin üzəri  qara rəngli polietilenlə örtülüb. Əldə edilmiş zoğlar 10 sm ara məsafəsi olmaqla tirələrin üzərinə basdırılıb. Polietilen örtüyün çəkilməsində məqsəd torpaqda nəmliyi qorumaq, buxarlanmanın qarşısını almaq və alaq otlarının inkişafını məhdudlaşdırmaqdan ibarətdir.  Birinci ildə köklənmiş tinglərin ikinçi ildə pikrovka olunaraq sahələrə köçürülməsi nəzərdə tutulub. Artıq üçüncü ildən başlayaraq  bu tinglərdən istifadə etməklə  yeni bağların salınması həyata keçiriləcək.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Kümçü fermerlər üçün Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində tarla nümayişi keçirilərək Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər RAEİM-in direktoru Məhərrəm Əliyev, Tərtər Dövlər Aqrar İnkişaf Mərkəzinin direktoru  Mehman  Babayev tərəfindən müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatında əkin, məhsuldar tut (çəkil) tinglərinin aqrotexnikası izah olunub, eyni zamanda fermerlərin çoxsaylı sualları cavablandırılıb.  

05.04.2019 09:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ