Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Böyük Britaniya "Brexit"in 30 İyuna təxirə salınmasını istədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya "Brexit"in 30 İyuna təxirə salınmasını istədi

Böyük Britaniyanın Baş naziri Theresa May, Avropa Şurasının sədri Donald Tuskdan ölkənin Avropa Birliyindən çıxmasının (Brexit) 30 İyuna təxirə salınmasını tələb edib.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Reklam_3_11

 

"Marja" xəbər verir ki, Theresa May-ın ofisi tərəfindən Cümə günü verilən rəsmi açıqlamaya görə, May məktubunda müxalifət lideri Jeremy Corbyn  ilə görüşlərindən bəhs edərək Brexit "düyününü" həll etmək üçün əlavə vaxt istəyib.
 

May məktubunda "Bu prosesə hələ də uğurlu və ardıcıl şəkildə son qoymamış olmağımız çox kədərlidir" deyib.

 

 

May,  AB-dən çıxışı təmin edəcək bir razılığa gəlməyin yollarını axtarır, amma müxalifləri bu məsələdə inandıra bilmir.


AB liderləri 10 Aprel günü xüsusi "Brexit Sammiti"ndə görüşəcəklər. "Brexit"in bir dəfə də təxirə salınması üçün Böyük Britaniya xaric AB üzvü olan digər 27 ölkənin də razılığı lazımdır.

 

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Baş naziri Tereza Meyin təklifini dəstəkləməyib. 

 

Məlumatı “Sky News” yayıb. 

 

Donald Tusk “Brexit”i 2020-ci martın 31-dək təxirə salmağı təklif etmək niyyətindədir. 

 

Onun sözlərinə görə, danışıqlar üçün daha bir il Böyük Britaniya parlamentinin “Brexit”lə bağlı dalandan çıxması yeganə məqbul variantdır.

05.04.2019 10:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ