Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AZAL,“Boeing 737 MAX 8” təyyarələrindən imtina edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL,“Boeing 737 MAX 8” təyyarələrindən imtina edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZAL: Sifariş olunan “Boeing 737 MAX 8” təyyarələri başqa laynerlərlə əvəzlənə bilər


 

Reklam_3_11

"Azərbaycan Hava Yolları" (AZAL) və “Boeing” korporasiyası "Boeing 737 MAX 8" təyyarələrinin sifarişi ilə bağlı danışıqları davam etdirir.

 

Bunu açıqlamasında AZAL-ın marketinq, ticarət və istehsalat üzrə direktoru Fuad Yusifov bildirib.

 

"Hələlik biz “Boeing” korporasiyası ilə danışıqlar aparırıq. Görək, onlar bizə nə təklif edəcəklər”, - deyə F. Yusifov bildirib.

 

Eyni zamanda, AZAL-ın nümayəndəsi aviaşirkətin sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini də istisna etmir.


"Hazırda tərəflər arasında rəhbərlik səviyyəsində danışıqlar aparılır və düşünürəm ki, hər şey növbəti 2-3 ay ərzində məlum olacaq", -  deyə F. Yusifov əlavə edib.

 

Onun sözlərinə görə, yaranmış vəziyyət AZAL və digər iri aviaşirkətlərə də təsir edib, "Boeing" üçün isə bu, olduqca böyük bir mənfi cəhətdir. Belə ki, ABŞ korporasiyası digər şirkətlərlə müqayisədə daha çox itirir.

 

F. Yusifov onu da qeyd edib ki, bu il “Boeing 737 MAX 8” təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılıb.

 

Qeyd edək ki, AZAL “Boeing” korporasiyasından 10 “Boeing 737 MAX 8” tipli təyyarə sifariş edib.

 

Xatırladaq ki, son yarım il ərzində iki “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© ONA

05.04.2019 12:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ