Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakının turist kartı təqdim edildi - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının turist kartı təqdim edildi - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Konqress Mərkəzində "Bakı Kart"ın təqdimatı keçirilib.

 

Reklam_3_11

Təqdimat Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov tərəfindən edilib.

 

O bildirib ki, kart turistlərin ixtiyarına 1 günlük, 3 günlük və həftəlik təqdim olunur:

 

"Kartların qiyməti 24, 45 və 70 manat arasında dəyişir. Kartlar turistlərə ictimai nəqliyyatdan, həmçinin hava limanından şəhərin mərkəzinə "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə etmək imkanı tanıyır. Eyni zamanda, bu kartla muzeylərə giriş həm ödənişsiz, həm də endirimlədir.  İstifadəçilər 200-dən çox tərəfdaşlarımızdan endirimlər və ya təkliflər əldə edəcəklər. Kart ilk istifadə olunan tarixdən hesablanacaq. Yəni müştəri bu kartı alıb 1 həftə sonra da istifadə edə bilər. Kartı Beynəlxalq Hava Limanından, informasiya mərkəzlərindən, otellərdən, turizm şirkətlərindən və İticket.az kiosklarından əldə etmək mümkündür".

 

 

O əlavə edib ki, turistlərə hava limanında bu haqda məlumat verilir: "Kartla bərabər onun kitabçasını da təqdim edirik. Kitabçanın içərisində həm Bakı haqqında məlumat, kartın istifadə qaydaları və tərəfdaşlarımız haqqında məlumat əks olunub". 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

05.04.2019 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ