Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ixrac missiyası Riqaya gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ixrac missiyası Riqaya gedir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprelin 7-də Latviyanın Riqa şəhərinə yola düşəcək.

 

Nazirlikdən verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədi ilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.

 

Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq.

 

İxrac missiyası 7-10 aprel tarixilərini əhatə edəcək.

05.04.2019 17:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ