Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Məhdudiyyət həyat sığortası bazarını kiçiltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhdudiyyət həyat sığortası bazarını kiçiltdi

2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası bazarının azalmasına səbəb olub.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində həyat sığortaları üzrə cəmi 24 milyon 799 min manatlıq sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31,5% azdır. 2018-ci ilin yanvar-fevral aylarında həyat sığortaları üzrə 36 milyon 224 min manat sığorta haqları toplanmışdı.

 

 

Həyat sığortası növlərindən biri olan və işçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortası üzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 2 ayı ərzində həyatın yaşam sığortası üzrə 18 milyon 202 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 2 ayında bu məbləğ 27 milyon 785 min manat idi (34,5% azalma).

 

Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 8 milyon 83 min manatdan 6 milyon 49 min manata düşüb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Sığorta sinifləri

Sığorta haqları

2018 yanvar-fevral

Sığorta haqları 2019 yanvar-fevral

Sığorta ödənişləri

2018 yanvar - fevral

Sığorta ödənişləri

2019 yanvar - fevral

Həyat sığortası üzrə, o cümlədən:

36 224,6

24 798,8

16 610,2

11 750,7

     həyatın yaşam sığortası

27 785,4

18 201,8

16 461,9

11 203,2

     həyatın ölüm halından sığortası

8 083,0

6 048,7

148,3

547,5

     əmək qabiliyyətinin sığortası

341,1

531,9

0,0

0,0

     sağalmaz xəstəliklərdən sığorta

15,1

16,4

0,0

0,0

 

06.04.2019 06:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ