Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“PAŞA Həyat” beynəlxalq sertifikatını yeniləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” beynəlxalq sertifikatını yeniləyib

“PAŞA Həyat Sığorta” ASC-nin keyfiyyətin idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunun təsdiqlənməsi üçün “TÜV Thüringen” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən audit keçirilib.

 

Auditin nəticəsi olaraq “PAŞA Həyat Sığorta” ASC-nin daha müasir uyğunluq sertifikatına - ISO 9001:2015 beynəlxalq keyfiyyət standartına layiq görülməsi qərara alınıb.

 

Şirkətinin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, audit müştərilərin şirkət tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartının bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilib.

 

Audit zamanı keyfiyyətin idarəetmə sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi, həmçinin şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi dərəcəsi də yoxlanılıb. Uğurla yekunlaşan yoxlama zamanı, keyfiyyət idarəetmə sisteminin inkişafında şirkətin əməkdaşlarının yüksək peşəkarlığının rolu xüsusi qeyd olunub.

 

Qeyd edək ki, yeni təqdim olunan və 3 il qüvvədə olacaq ISO 9001:2015 beynəlxalq keyfiyyət uyğunluq sertifikatı şirkətin sayca üçüncü sertifikatı sayılır. İlk İSO sertifikatı 2011-ci ldə verilib və həmin ildən etibarən hər il “TÜV Thüringen” tərəfindən “PAŞA Həyat Sığorta” şirkətində nəzarət auditi keçirilir.

 

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

 

06.03.2017 14:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ