Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“NIKOIL Bank” “Sabahın Bankçılığı” forumu keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“NIKOIL Bank” “Sabahın Bankçılığı” forumu keçirdi

6 aprel tarixində Bakı Konqres Mərkəzində müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin iştirakı ilə “NIKOIL Bank”ın müştəriləri və tərəfdaşları üçün “Sabahın Bankçılığı” adlı iqtisadi forum keçirildi.

 

Reklam_3_11

Bankın mətbuat xidmətindən “Marja”ya daxil olan məlumata görə, tədbirin əsas mövzusu maliyyə xidmətləri sahəsindəki beynəlxalq tendensiyalara həsr olunub.

 

“NIKOIL Bank”ın idarə heyətinin sədri Nikoloz Şurqaia qonaqları salamladı və qeyd etdi:

 

Bakıda 6 il çalışmış bir iqtisadçı və beynəlxalq bankir kimi, hazırda Azərbaycanda həyata keçirilən geniş miqyaslı islahatlardan təsirləndim. Dünya Bankının 2018-ci il "Doing Business" reytinqində 25-ci yer diqqətçəkicidir. Ancaq bu, Azərbaycanın böyük region üçün beynəlxalq səviyyədə görkəmli biznes və investisiya məkanına çevrilməsi yolunda sadəcə bir addımdır.

 

Müştərilərimizi və tərəfdaşlarımızı beynəlxalq tendensiyalardan doğan dəyişikliklərə daha yaxşı hazırlamağımıza kömək etmək üçün öz təcrübələrini bizimlə bölüşəcək natiqlərə minnətdarlığımı bildirirəm. Bankımızın hər bir komanda üzvü və mənim üçün müştərilərimiz və portnyorlarımız ən başda olacaq və  sizə ürəklə xidmət etməyə davam edəcəyik. Hədəfimizi bu cür ifadə etmişik: sadə kommunikasiya üslubu ilə həllər tapmaq və təbəssümlə, səmimiyyətlə işləmək”.

 

Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Belorusiya və Gürcüstandan və beynəlxalq maliyyə təşkilatlarını təmsil edən dünyaca nüfuzlu maliyyəçilər və bankirlər aşağıdakı mövzularda çıxışlar etdilər:

 

- Sabahın bankçılığından nələr gözlənilir?

- Rəqəmsal eranın əsas çənlikləri hansılardır, müəssisə və banklar onları necə həll edir?

- ünya maliyyə bazarlarında baş verən dəyişikliklər yerli bazarlara necə təsir edir?

- Gələcəkdə müştəri təcrübəsi necə olacaq?

 

06.04.2019 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ