Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Marcom”, sığorta şirkətinə “Meqa” platforma təhvil verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom”, sığorta şirkətinə “Meqa” platforma təhvil verdi

Azərbaycan və Gürcüstan bazarında öz dəsti xətti ilə seçilən “Marcom” Marketinq və Kommunikasiya şirkəti “Meqa Sığorta” şirkətinin yeni saytı üzrə işləri yekunlaşdırıb. Təqdim olunan sayt öz interfeysi və sürəti ilə fərqlənir.

 

Fərdi dizayn yanaşması

 

Yeni təqdim olunmuş saytda şirkətin birinci dərəcəli sığorta xidmətləri ön plana çıxarılmışdır. Minimalistik üslubda yığılmış interfeys həm korporativ, həm də fərdi müştərilərin əməliyyatları sürətlə icra etməsinə imkan yaradacaq. Saytın həmçinin responsive versiyası da istifadəçilərin ixtiyarındadır.

 

85% dəyişilə bilən özəl admin panel

 

Şirkətin əvvəlki limitli admin panelindən fərqli olaraq "Marcom" şirkəti tərəfindən hazırlanmış özəl admin panel daha funksional və sürətlidir. Burada müştərinin İcraçıdan asılılığı maksimal şəkildə aradan qaldırılmışdır. Müştəri hazırlanmış admin panel vasitəsilə ən kiçik detalları belə öz istəyinə uyğun olaraq dəyişdirə və ya müvəqqəti gizlədilməsini təmin edə bilər. Xüsusi hazırlanmış pop up sistemi vasitəsilə şirkət təbrik, kampaniya, texniki işlərlə bağlı önəmli məlumatları müştərilərə təqdim edə biləcək. Marcom şirkəti digər layihələrdə olduğu kimi bu layihənin icrasında da googleSEO,google analytics və digər modulları birbaşa admin panelə inteqrasiya etmişdir. Saytda olan bütün mətnlər lüğət sisteminə qoşulmuşdur. Bununla da müştəri düymələrin üzərində olan yazıları belə sərbəst olaraq dəyişmək imkanı əldə etmişdir.

 

Təkmil kodlar və Meqa İnteqrasiyalar

 

"Marcom" şirkəti tərəfindən bütün sığorta xidmətlərinin icrasını sürətləndirmək üçün proqramlaşdırma zamanı istər frontend, istərsə də backend tərəfində ən sürətli freymvörkdən (framework) istifadə olunmuşdur. Bu istiqamətdə görülmüş texniki işlər zamanı istifadəçi məlumatlarının təhlükəsizlik məsələləri də diqqətə alınmışdır. Hər bir xidmət üçün əvvəlkindən fərqli olaraq daha mükəmməl veb servis və API kodları yazılaraq sayta inteqrasiya olunmuşdur.

 

Qeyd edək ki, “Marcom” MMC və “Meqa Sığorta” ASC şirkəti arasında marketinqin digər sahələri üzrə əməkdaşlıq perspektivlərinin müzakirə olunur.

 

MarcomMMC: (050) 582 80 62 və (012) 538 17 33  

08.04.2019 07:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ