Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Xəzəri çirkləndirən müəssisələrin adları açıqlanıb - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzəri çirkləndirən müəssisələrin adları açıqlanıb - SİYAHI

“Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib.” 

 

Reklam_3_11

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

“Marja” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.

 

O, Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin də adlarını sadalayıb: “Şimal bölgəsində “Qafqaz” konserv zavodunda, “Sunset”, “Məkan”, “Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında “Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə “Beluqa”, “Xəzər palace”, “Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur. Bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular, ümumiyyətlə mövcud deyil. Yaxşı olardı ki, belə müəssisələr müasir tələblərə cavab verən təmizləyici qurğular quraşdıraraq Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar və həm də təmizlənmiş suyu texniki məqsədlər üçün təkrar istifadəyə yönəldərək suya qənaət edilməsində nümunə göstərsinlər. Monitorinqlərin nəticələrinə əsasən ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlər görüləcək”.

08.04.2019 08:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ