Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ötən il 25 milyon manat qazanmış şirkət səhmdarlarına dividend ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il 25 milyon manat qazanmış şirkət səhmdarlarına dividend ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.

 

Reklam_3_11

Yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanında yerləşən baş ofisində olacaq.

 

Yığıncağın gündəliyinə “AzRe Təkrarsığorta”nın ötənilki maliyyə nəticələrinin təsdiq edilməsi, şirkətin əldə etdiyi xalis mənfəətdən səhmdarlara dividend ödənilməsi məsələləri daxildir.

 

 

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50mln. manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC 2018-ci ili 25 milyon 64 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə ötən il şirkətin xalis mənfəəti 17,1% artıb. “AzRe Təkrarsığorta” 2017-ci ili 21 milyon 394 min manat xalis mənfəətlə bağlamışdı.

08.04.2019 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ