İtkin düşən neftçilər ilə bağlı son xəbər
"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. Bu barədə hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib.
"Saat 09:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib. Yalnız bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti ötən gün tapılıb və aidiyyatı üzrə təhvil verilib. Axtarışlar həm gəmi, həm də helikopterlərlə davam etdirilir", - deyə məsul şəxs bildirib.
Xatırladaq ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloğlan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl