Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın tərəfdaşlığı ilə  “Fərqli fərdlər” Konqresi keçirilib

® Heydər Əliyev Mərkəzində “Fərqli fərdlər” adı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqres keçirilib.

 

Reklam_3_11

Konqres Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin dəstəyi, BP şirkəti və Azərbaycan Beynəlxalq Bankının baş tərəfdaşlığı ilə təşkil edilib.   

 

Belə bir konqresin keçirilməsində məqsəd cəmiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaqdan ibarətdir.

 

Tədbir dörd panel üzrə keçirilib. Panellərdə autist spektrin pozulması, diqqət və hiperaktivlik çatışmazlığı sindromu, “Turetta” sindromu və Daun sindromu mövzuları müzakirə edilib.  

 

Konqresdə tanınmış xarici və yerli mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, valideynlər çıxış edib. Fiziki məhdudiyyətlərinə rəğmən təhsil və iş həyatında müəyyən uğurlar qazanmış insanlar öz həyat hekayələrindən danışıblar.  

 

Xüsusi inkişaf problemləri olan uşaqlar üçün öz “normotipik” həmyaşıdları ilə birlikdə təhsil almaq həyati əhəmiyyətə malikdir. Ölkəmizdə inklüziv təhsilin inkişafı üçün yeni imkanlar yaradılıb. “Fərqli fərdlər” Konqresi kimi tədbirlər isə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə diqqət, valideynlər və sahənin peşəkarları arasında təcrübə  mübadiləsinin aparılması baxımından faydalıdır. Azərbaycan Beynəlxalq Bankı da daxil olmaqla bu cür tədbirləri dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayının ildən-ilə artması da belə təşəbbüslərə olan ictimai ehtiyacın, ən mühümü onların səmərəliliyinin göstəricisidir. 
Bankın Marketinq departamentinin direktoru Nigar Tahirova deyib: “Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı inklüziv cəmiyyətin inkişafına daim dəstək verir. İndiyə qədər bu istiqamətdə bir sıra maraqlı korporativ sosial məsuliyyət layihələrimiz olub. Belə layihələrimiz indi də davam edir. “Fərqli fərdlər” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqresdə iştirak da bu sosial missiyanın davamı oldu”.

 

08.04.2019 15:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ