Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“MCB Lizinq” BOKT-a çevrilməsinə aydınlıq gətirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MCB Lizinq” BOKT-a çevrilməsinə aydınlıq gətirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə aydınlıq gətirib.

 

Şirkətdən verilən açıqlamada deyilir ki, Cəmiyyət fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda rəqabətə davamlı, yerli istehsalı gücləndirən, yeni iş yerlərinin yaradılmasına imkan verən və idxal məhsullarının əvəzlənməsini təmin edən sahələrdəki kiçik və orta sahibkarlara geniş həcmli maliyyə lizinqi məhsulları təqdim edib.

 

“Bu müddət ərzində yerli sahibkarlara ümumi dəyəri 40 milyon manatdan çox olan biznes təyinatlı lizinq obyektləri – istehsal, emal, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, ticarət, yeyinti sənayesi və s. avadanlıqları lizinqə verilib və lizinq portfelinin şaxələndirilməsi təmin olunub.

 

 

Cəmiyyət artıq BOKT kimi dövlət qeydiyyatına alınıb və lizinq fəaliyyəti ilə bərabər kredit verilməsi üçün lisenziyanın alınması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyi planlaşdırırıq. Müvafiq lisenziya alındıqdan sonra maliyyə qurumu lizinq və kredit bazarında geniş çeşidli maliyyə məhsulları təklif etməklə yerli sahibkarlara öz biznes fəaliyyətlərini genişləndirməyə kömək edəcək. Əsas hədəfimiz iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən, ölkənin ixrac həcmini artıran və yeni iş yerləri yaradan sahibkarlardır.

 

“MCB BOKT” QSC öz fəaliyyətini gələcəkdə Azərbaycanın regionlarında genişləndirməyi və bu fəaliyyətin dəstəklənməsi məqsədilə filial və satış şöbələrinin açılmasını da planlaşdırır. Cəmiyyət şəffaf və etibarlı maliyyə təşkilatı olaraq yüksək keyfiyyətli müştəri xidməti və müştərilərimizin maliyyə ehtiyaclarına fərdi yanaşmaqla uzunmüddətli əlaqələr yaratmağa səy göstərəcək”, - deyə açıqlamada qeyd olunub. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “Report”

09.04.2019 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ