Neftə qlobal tələb artacaq
Qlobal neft tələbi, 2016-2022 dövründə gündəlik 7,3 milyon barel artaraq 103,8 milyon barelə çatacaq.
Beynəlxalq Energetika Agentliyinin (IEA) "Neft 2017" hesabatına görə, həmin dövrdə dünyada neft hasilatı isə gündəlik 5,6 milyon barel artacaq. Neft hasilatı artımında, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin payı 60 faiz olacaq. 2022-də OPEC xaric neft hasilatı gündəlik 3,3 milyon barel artımla 60,9 milyon barelə çıxacaq.
ABŞ, 2022-də dünyadakı gündəlik neft hasilatına 1,6 milyon barrel əlavə edərək, artıma başçılıq edən ölkə olacaq. ABŞ-ın ardınca gündəlik 1,1 milyon barrel ilə Braziliya və gündəlik 800 min barel ilə Kanada gələcək.
OPEC, 2022-də xam neft istehsalı gücünü gündəlik 1,95 milyon barrel artıraraq 37,85 milyon barrelə yüksəldəcək. OPEC daxilində artımın böyük hissəsi isə gündəlik 700 min barel ilə İraqın hesabına baş verəcək. İraqı, 400 min barel ilə İran və 370 min barel ilə Birləşmiş Ərəb Əmirlikləri və Liviya təqib edəcək.
Hesabata görə, qlobal neft tələbi bu il sutkada 98 milyon barel, 2018-də də 99,3 milyon barel olacaq. 2022-də isə gündəlik tələbat 7,3 milyon barel artaraq 103,8 milyon barelə çatacaq. Neftə ən böyük təlabat Asiyada (Çin və Hindistan) artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
58 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
1 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 2 saat əvvəl
- 2 saat əvvəl