Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank “E-manat” da kart hesablarına mədaxil etmək imkanı yaratdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank “E-manat” da kart hesablarına mədaxil etmək imkanı yaratdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, onların işini asanlaşdıran və vaxtına qənaət edən daha bir yeni xidmətini təqdim edib.

 

Belə ki, indiyə qədər bankın müştəriləri “E-manat” terminalları vasitəsilə kredit ödənişlərini həyata keçirə bilirdi. Lakin artıq bankın müştəriləri “E-manat” terminalları vasitəsilə öz kart hesablarının balansını da artıra biləcəklər. Vəsaiti bu üsulla həm debet, həm də kredit kartı hesablarına mədaxil etmək mümkündür.

 

Bunun üçün “E-manat” terminallarında Azərbaycan Beynəlxalq Bankını seçdikdən sonra “Fiziki şəxslər - karta mədaxil” bölməsini tapmaq, müvafiq məlumatları və vəsaiti daxil etmək kifayətdir. Onu da qeyd etmək lazımdır ki, bu zaman müştərilərdən heç bir əlavə komisyon haqqı tələb olunmur.

 

Elektron xidmət infrastrukturunu daim inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

 

“Qayğıkeş” klubu çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri Azərbaycan Beynəlxalq Bankının plastik kartları və POS terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin müəyyən hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdır. 

 

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır.  VISA, Mastercard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

10.04.2019 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ