Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan noyabrda Çinə növbəti ixrac missiyası göndərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan noyabrda Çinə növbəti ixrac missiyası göndərəcək

Azərbaycan noyabrın 5-10-da Şanxaya (Çin) ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

 

Reklam_3_11

"5-10 noyabr tarixlərində Şanxay şəhərinə ixrac missiyası təşkil olunacaq. Missiyanın tərkibinə qida məhsulları, şərab və spirtli içkilər istehsal edən şirkətlərin nümayəndələri daxil olacaq", - deyə məlumatda bildirilir.

 

Missiyada iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 12-dək təqdim edə bilər.

 

Fondun məlumatına görə, missiyada iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir. Müsabiqənin nəticələri iyulun 30-da elan olunacaq.

 

Seçim bir neçə meyar üzrə həyata keçiriləcək: təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı sahəsində təcrübə.

 

Bundan əlavə, 5-10 noyabr tarixlərində Şanxayda "2019 China International Import Expo" ərzaq sərgisi keçiriləcək. Sərgidə Azərbaycan vahid stendlə təmsil olunacaq. AZPROMO qeyd edir ki, stenddə təmsil olunan şirkətlərin maksimum sayı 30-dan artıq olmayacaq.

 

Bununla əlaqədar AZPROMO öz məhsullarını vahid stenddə nümayiş etdirmək istəyən şirkətlər üçün də müsabiqə elan edib. Sərgidə iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 12-dək təqdim edə bilərlər.

 

Qeyd edək ki, AZPROMO 13-18 may tarixlərində də Şanxaya ixrac missiyasını təşkil etməyi planlaşdırır.

10.04.2019 12:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ