Ən yuxarı statik reklam_3

ExxonMobil-dən 20 milyard dollarlıq sərmayə

iç səhifə xəbər başlığı altı (mobil)_31
 ExxonMobil-dən 20 milyard dollarlıq sərmayə

ABŞ-ın ən böyük neft şirkəti ExxonMobil-in İcraçı Direktoru Darren Vudz (Darren Woods), ölkənin Meksika Körfəzi regionuna 20 milyard dollarlıq sərmayə qoyacağını bildirib.


 
"Marja" xəbər verir ki, Vudz, "IHS CERAWeek 2017 " Enerji Konfransındakı çıxışında, ABŞ-ın Teksas və Luiziana ştatlarının Meksika Körfəzi sahilinə yaxın bölgələrində 11 enerji layihəsinin əhatə edəcək 20 milyard dollarlıq sərmayə qoyulacağını bildirib.


 
Sözügedən layihələrin ixrac yönümlü neft-kimya məhsulları və mayeləşdirilmiş qaz (LNG) istehsalı ilə bağlı olacağı məlumatını verən Vudz, bunlar üçün ayrılacaq 20 milyard dollarlıq sərmayənin gələcək 10 ildə ABŞ-da 45 min nəfərlik yeni iş yeri yaradacağını bildirib.


 
 Vudz, ABŞ-da şist qazı hasilatı sayəsində qazın "bol və məqbul qiymətə" olduğuna diqqəti çəkərək, şirkətin qaz sektoruna sərmayə qoyuluşlarının davam edəcəyini qeyd edib.

07.03.2017 05:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ