Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın mobil operatoru “MEGOGO” ilə əməkdaşlıq sazişi imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın mobil operatoru “MEGOGO” ilə əməkdaşlıq sazişi imzalayıb

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “MEGOGO” video-servisi ilə əməkdaşlıq sazişi imzalayıb. Bunu yeni xidmətin təqdimatında “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova deyib.

 

Reklam_3_11

Onun sözlərinə görə, bu saziş çərçivəsində “Bakcell” abunəçiləri “MEGOGO” əlavəsi üzərindən videoməzmuna baxmaq imkanı əldə edəcəklər.

 

 

"Məhsul kommersiya istifadəsinə hələ verilməyib, lakin kifayət qədər çoxlu sayda “Bakcell” abunəçisi xidmətdən test rejimində istifadə etməyə başlayıb", - deyə S. Cəfərova qeyd edib.


“Bakcell” abunəçiləri bu xidmətdən seçdiyi tarif paketindən asılı olaraq 6 və ya 12 ay müddətində pulsuz istifadə edə biləcək. Bundan sonra xidmət üçün aylıq abunə haqqı 3 manat təşkil edəcək.

 

Qeyd edək ki, “MEGOGO” Şərqi Avropada onlayn rejimdə video və TV izləmək üçün ən böyük videoxidmətdir. MDB ölkələrində xidmətin aylıq auditoriyası 40 mln. istifadəçi təşkil edir. Resurs kataloqu 77 mindən artıq videodan ibarətdir. Videoların əksəriyyətini bədii filmlər, seriallar, cizgi filmləri, televiziya şouları, konsert, musiqili videolar, həmçinin xəbər proqramları təşkil edir.

 

15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ

 

© ONA

10.04.2019 13:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ