Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şərabımız gümüş medala layıq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərabımız gümüş medala layıq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan istehsalı olan şərab Bolqarıstanın aparıcı sərgilərindən olan “VİNARİA” çərçivəsində baş tutmuş müsabiqənin gümüş qalibi olub. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

 

“Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliği məqsədilə cari ilin 22-26 fevral tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş “Winery 2017” şərab müsabiqəsində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan istehsalı olan konyak və şərabların iştirakı təmin edilib. “Gəncə şərab 2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərab müsabiqənin qırmızı şərablar kateqoriyası üzrə gümüş medala və sertifikata layıq görülüb.

 

Müsabiqədə 360 çox spirtli içki brendləri təmsil olunmuşdur ki, bunun da 300 çoxu şərab markalarının payına düşür. İçkilər 24 tanınmış dequstatordan ibarət jüri tərəfindən qiymətləndirilib. “Winery 2017” müsabiqəsində Bolqarıstan, Azərbaycan, Fransa, Moldova, Makedoniya, Cənubi Afrika, Rusiya və Türkiyə istehsalçıları daxil olmaqla 50 şərab istehsalçısı iştirak edib.

07.03.2017 05:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ