Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

IMF: Trampın Fed-ə təzyiqi təhlükəli nəticələr doğura bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
IMF: Trampın Fed-ə təzyiqi təhlükəli nəticələr doğura bilər

Beynəlxalq Valyuta Fondu (, BVF,IMF), ABŞ Prezidenti Donald Trampın Fed-i faiz endirməyə çağırması kimi addımlarının pul siyasəti səhvlərinə gətirib çıxarsa, ABŞ iqtisadiyyatı üçün "təhlükəli" nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

 

"Marja" xəbər verir ki, Fondun valyuta və sərmayə bazarları üzrə direktoru Tobias Adrian, Trampın Fed-ə ünvanlanmış son tənqidinə dair suala cavabında, "Mərkəzi Bankın müstəqilliyinin zəiflədilməsi təhlükəli olacaq" deyib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Adrian, "Dünyanın ən böyük iqtisadiyyatının mərkəzi bankı çox müstəqil bir təşkilat olaraq yaradılıb. Fed üzvləri və sədri uzun illərdir Prezidentin təklifi ilə Senat tərəfindən təyin edilməkdədir. Buna baxmayaraq, Fed-də, siyasətçilərin çağırılarına əməl etməmək dərin bir şəkildə kök salmış vəziyyətdədir" deyib.

 

Tramp Fed-i dəfələrlə ABŞ iqtisadiyyatını dəstəkləmək üçün daha çoxunu etməməkdə tənqid edib. ABŞ Prezidenti keçən həftə, Fed-i faizi endirməyə və monetar genişləmə olaraq adlandırılan istiqraz alışı proqramını təkrar tətbiq  etməyə çağırdı. Prezidentin Fed-in siyasətini dəyişdirməyə yönəlmiş digər bir addımı isə, Fed-in İdarə Heyətinə  özünə bağlı iki adı təyin etmək istədiyini söyləməsidir. Onlar, bir pizza şirkətinin sabiq rəhbəri Herman Cain və mühafizəkar bir təşkilat olan "Heritage Foundation"un rəhbəri Stephen Moore-dur.

 

 

Fed keçən aykı iclasında  faizi dəyişdirmədi və Trampın 2018-ci ildə təyin etdiyi sədr Jerome Powell, faizlərin, qlobal risklərin iqtisadiyyat üzərində təzyiq meydana gətirməsi və inflyasiyadakı durğunluğun davam etməsinə görə bir müddət sabit saxlanacağını söylədi.

 

Adrian, IMF-nin Fed-in pul siyasətini dəstəklədiyini ifadə edib.

11.04.2019 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ