Ən yuxarı statik reklam-3_3

İlk rübdə 1000-dən çox işsiz və işaxtaran dövlətdən aktivlər alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk rübdə 1000-dən çox işsiz və işaxtaran dövlətdən aktivlər alıb

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslər arasında qadınlar 181 nəfər, əlliliyi olan şəxslər 352  nəfər, şəhid ailəsi üzvləri 26 nəfər, məcburi köçkünlər  261 nəfər, gənclər 67 nəfər təşkil edir.

 

Proqrama cəlb olunanlar üçün hazırda təlimlər keçirilir. Təlimlərdə onlara biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilir. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.

 

Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar  kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.

11.04.2019 09:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ