Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal neft hasilatı Martda azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal neft hasilatı Martda azalıb

Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 550 min barrel azalaraq 30 milyon 130 min barel olub.
 

Xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 5 milyon 570 min barel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 35 milyon 700 min barel təşkil edib.
 

Reklam_3_11

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

Martda OPEC daxilində gündəlik  ən çox istehsal artımı Liviyada olub. Liviyada gündəlik hasilat 200 min barel artımla 1 milyon 100 min barrelə  qalxıb.
 

"Marja" xəbər verir ki, hesabata görə, ötən ay OPEC daxilində istehsalın ən çox azalması  Səudiyyə Ərəbistanı və Venesuelada baş verib. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 320 min barrel azalaraq 9 milyon 820 min barelə, Venesuelanın gündəlik hasilatı də 970 min barel azalaraq 870 min barrelə enib.
 

OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə 210 min barel artımla gündəlik 63 milyon 500 min barel olub.
 

Beləliklə, qlobal neft hasilatı martda fevral ayı ilə müqayisədə gündəlik 340 min barrel azalaraq 99 milyon 200 min barrelə enib.
 

 

2019-DA TƏLABAT ARTACAQ
 

Hesabata görə, qlobal neft tələbinin bu il gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 600 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
 
 

11.04.2019 10:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ