Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın inşaat materialları istehsalçıları xarici şirkətlərlə razılaşdılar - BOYA İXRAC OLUNACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın inşaat materialları istehsalçıları xarici şirkətlərlə razılaşdılar - BOYA İXRAC OLUNACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan məhsulları Moskvada təşkil edilmiş “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunub.

 

Reklam_3_11

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə tikinti və inşaat materialları istehsalı ilə məşğul olan 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.

 

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb. Belə ki, “NB Group” şirkəti Rusiya və Braziliya şirkətləri ilə danışıqlarda 200 min dollar dəyərində məhsul ixracına iki müqavilənin bağlanmasına dair razılıq əldə edib.

 

“Mətanət A” şirkəti Qazaxıstan, Rusiya, Moldova və Gürcüstandan olan şirkətlərlə 100 ton məhsul ixracı barədə ilkin razılıq əldə edib.

 

15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ

 

”BKN” MMC şirkətinin istehsal etdiyi boya məhsulları Misir, Rusiya və Qırğızıstandan olan idxalçıların marağına səbəb olub, artıq məhsulların Qırğızıstana ixracına dair razılığa gəlinib.

 

Bundan başqa, “Karvan-L”, “Caspi-Marine Technologies”, “Fəxrəddin- K”, “STP”, “Semsan”, Bosson” şirkətləri Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Belarus, Misir, Gürcüstan və Çindən olan şirkətlərlə danışıqlar aparıblar.

11.04.2019 11:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ