Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Məşhur şirkət növbəti dəfə istiqraz buraxır – ALANA 10% ÖDƏYƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur şirkət növbəti dəfə istiqraz buraxır – ALANA 10% ÖDƏYƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın boru istehsalçısı dövriyyəyə 3 milyon manatlıq istiqraz buraxmağa start verib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “METAK” şirkətin hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd  faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb.

 

“METAK” MMC-nin Maliyyə meneceri İsmayıl Hümbətov “Marja”ya bildirdi ki, istiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik 10%-dir. Faiz gəlirinin ödəniş müddət isə 1 aydan bir (30 gün) müəyyən edilib. Emissiyanın anderrayteri “İnvest-AZ Investisiya Şirkəti”dir. İstiqrazların satışına gələn həftədən start veriləcəkdir.

 

Əlavə olaraq qeyd edək ki, bu emissiya “METAK”ın sayca 3-cü istiqraz emissiyasıdır. Birinci emissiyanın həcmi 2 milyon manat, ikinci  emissiyanın həcmi isə 3 milyon manat təşkil etmiş, “METAK” şirkəti hər iki buraxılış üzrə öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmişdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Şirkətin əməkdaşı əlavə etdi ki, istiqraz buraxılışı ilə cəlb ediləcək 3 milyon manatın bir hissəsi dövriyyə vəsaitinin artırılmasına, qalan hissəsi isə əsas vəsaitlərin alınmasına sərf ediləcəkdir. “METAK”ın istehsal etdiyi məhsullara təlabatın artması istehsalın genişləndirilməsini tələb edir.

 

İsmayıl Hümbətov vurğuladı ki, yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğundan “METAK” istiqrazlarına investorların marağı böyükdür.

 

 

12.04.2019 05:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ