"AccessBank" yanğınla bağlı məlumat yayıb
"AccessBank"ın baş ofisində yanğın hadisəsinin baş verməsi ilə bağlı əsassız və dəqiqləşdirilməmiş informasiya yayılmaqdadır.
15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ
Bankdan verilən məlumata görə, bununla əlaqədar bildirmək istərdik ki, 2019-cu ilin aprelin 11-də saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir.
Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Qaynar xətti"nə məlumat verilib. Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb.
Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb:
"Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib.
Tüstülənmənin qarşısının alınmasında iştirak edən əməkdaşlarımıza, habelə FHN-in briqadasına təşəkkür edirik.
Bank haqqında xəbərləri yaymadan öncə KİV nümayəndələrindən İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparmalarını xahiş edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
12 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
13 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
14 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 14 saat əvvəl