Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilən ixrac missiyasına şərab və digər spirtli içkilər, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxil idi.

 

Reklam_3_11

Səfər çərçivəsində Azərbaycan sahibkarları potensial alıcılarla görüşlər keçirib, məhsulların ixrac imkanlarının genişləndirilməsi istiqamətində  müzakirələr aparıblar.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min ABŞ dolları dəyərində fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb.

 

Azərbaycanın “Mars Fk” və Latviyanın “Auglu Serviss” şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub.

 

Bununla yanaşı, ixrac missiyasına daxil olan bir sıra Azərbaycan şirkətləri Hindistan və Latviya şirkətləri və supermarketler şəbəkələri ilə məhsul ixracı və satışı barədə danışıqlar aparıblar.

 

 

Bundan əlavə, “Turizm.az” şirkəti ilə Latviyadan olan şirkət arasında turist  qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

12.04.2019 16:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ