Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Atəşgah” Sığortadan Palatanın qərarına münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Atəşgah” Sığortadan Palatanın qərarına münasibət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılmışdır. 

 

"Atəşgah” Sığorta Şirkəti qərar ilə əlaqədar açıqlama yayıb.

 

 

Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilr.

 

Palatanın təqdimatının icrası üçün əvvəlki illərə aid iri həcmli informasiyanın işlənməsi  tələb olunurdu. Lakin ötən dövrlərə aid məlumatların işlənməsindəki texniki çətinlik təqdimatın tam və vaxtında icrasını ləngitmişdir.  Hazırda “Atəşgah” Sığorta Şirkəti tələb olunan məlumatların toplanması üzrə gücləndirilmiş rejimində işləyir. Qısa zaman ərzində lazım olan bütün məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunacaq və əminik ki, bu məhdudiyyət aradan qaldırılacaqdır.

 

Eyni zamanda müştərilərimizin nəzərinə çatdırmaq istərdik ki, “Atəşgah” Sığorta Şirkəti öz müştərilərinə sığorta xidməti göstərməkdə davam edir”

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Xəbər verdiyimiz kimi, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.

13.04.2019 12:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ