Ən yuxarı statik reklam-3_3

"AtaSığorta" və "Atəşgah Sığorta" nə üçün cəza aldıqlarını açıqladılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AtaSığorta" və "Atəşgah Sığorta" nə üçün cəza aldıqlarını açıqladılar

"Maliyyə Bazarlarına Nəzarət Palatasının "AtaSığorta" şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırmasına "AtaSığorta" tərəfindən İcbari Sığorta Bürosunun informasiya sistemində sığortalılar barədə yerləşdirilən məlumatların obyektiv və subyektiv səbəblərdən müəyyən agentliklər tərəfindən səhv daxil edilməsi və müəyyən məlumatların çatışmazlığı səbəb olub".

 

Reklam_3_11

Bunu açıqlamasında "AtaSığorta" şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov deyib.

 

O. Məmmədovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhz bu çatışmazlıqlar aradan qaldırana qədər "AtaSığorta"nın avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb.

 

"Hazırda bu problemləri aradan qaldırılması üçün intensiv iş gedir. Zəruri məlumatları əldə edib yeniləməyi planlaşdırırıq. Yaxın günlər ərzində çatışmazlıqlar tam aradan qaldırılacaq", - deyə Orxan Məmmədov bildirib.

 

 

Şirkət rəsmisi onu da bildirib ki, indiyədək "AtaSığorta"da avtomobillərini icbari sığorta etdirənlər heç bir əngəl olmadan sığorta hadisəsi zamanı ödənişlərini əvvəlki qaydada ala biləcəklər.

 

Məsələ ilə bağlı danışan "Atəşgah Sığorta" şirkətinin İdarə Heyəti sədrinin müavini Fuad İsmayılov da şirkətə tətbiq edilən məhdudlaşmanın səbəblərinə aydınlıq gətirib.

 

"Müəyyən dövr ərzində İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verilib. Bura texniki səhvlər də daxildir. Bunların araşdırılması və aşkarlanan pozuntuların aradan qaldırılması, icbari sığorta sistemində düzəlişlərin edilməsi iri həcmli iş olduğundan müəyyən vaxt tələb edir. Baxmayaraq ki, səhvlər 3-4 epizod üzrə idi, işin həcmi böyük olduğundan müəyyən araşdırma tələb edirdi. Buna görə də İcbari Sığorta Bürosunun sisteminə daxil edilən müəyyən pozuntular barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına cavabımız yubandı, Palata da belə bir məhdudlaşma tətbiq etdi. Artıq İcbari Sığorta Bürosu ilə sıx əməkdaşlıq üçün ayrıca işçi qrupu yaratmışıq ki, sırf bu məsələlərlə məşğul olsun. Hesab edirik ki, qısa müddət ərzində texniki problemlər aradan qaldırılacaq", - deyə o qeyd edib. 

 

F. İsmayılov da deyib ki, "Atəşgah Sığorta" tərəfindən avtomobili icbari sığorta edilənlər sığorta hadisəsi zamanı sığorta ödənişlərini adi qaydada alacaqlar: "Yəni tətbiq edilən məhdudiyyətin əvvəlki sığorta qərarlarına aidiyyəti yoxdur. Şirkət hazırda da fəaliyyətini davam etdirir, qəza baş verdiyi təqdirdə qəza komissarları həftənin 7 günü, 24 saat adi qaydada olduğu kimi fəaliyyət göstərirlər. Sadəcə, məhdudlaşma səbəbindən bu hal üzrə yeni müştəri qəbul edə bilmirik. Digər növlər üzrə isə fəaliyyət göstəririk. Köhnə icbarı sığortalar üzrə hadisələr zamanı da hər şey qanunla tənzimlənir, heç bir problem yoxdur".

 

Xatırladaq ki, ötən gün MBNP "AtaSığorta" və "Atəşgah" sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb.

 

MBNP-nın bununla bağlı yaydığı məlumatda bildirilir ki, “AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© ONA

13.04.2019 13:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ