Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Neftin 85 dollara qalxmasını görmək istəmirik, istehsalı artırmaq məcburiyyətində qala bilərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin 85 dollara qalxmasını görmək istəmirik, istehsalı artırmaq məcburiyyətində qala bilərik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Neft hasilatının azaldılması başa çata bilər


ABŞ-ın İran və Venesuela sanksiyalarını sərtləşdirməyi düşündüyü bir şəraitdə OPEC, neft hasilatının azaldılması müqaviləsini uzatmaya bilər. 1 Yanvarda başlayan müqavilənin təsiri ilə neftin qiyməti ilin əvvəlindən bu yana 32 faiz artımla 72 dollara yüksəlib.



 
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Venesuela və İranın neft hasilatının daha da aşağı düşməsi və qiymətlərin artmağa davam etməsi halında, İyul ayından etibarən neft hasilatını artırmağı qiymətləndirir.
 

"Marja" xəbər verir ki, "Reuters"ə məlumat verən OPEC mənbələri, hasilatın azaldılması tədbirinin daha da uzadılması halında təklifin hədsiz azalacağı ehtimalı olduğunu qeyd ediblər.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Venesuelanın xam neft hasilatı ABŞ sanksiyaları səbəbindən gündə 1 milyon bareldən aşağı düşüb. Bundan başqa, Vaşinqton Tehrana qarşı sanksiyalarını sərtləşdirsə, İranın neft ixracı May ayından sonra daha da pisləşə bilər.

 
OPEC, Rusiya daxil OPEC üzvü olmayn digər istehsalçı ölkələr ilə neft hasilatını 1 Yanvardan etibarən altı ay müddətində gündəlik 1.2 milyon barel azaltmaq qərarı vermişdir. OPEC müqavilənin uzadılıb-uzadılmamasına qərar vermək üçün İyunun 25-26-da toplantı keçirəcək.
 

OPEC-in hasilatın azaldılması tədbiri, xam neftin barrel qiymətinin ilin əvvəlindən bu yana 32 faiz artımla 72 dollara yüksəlməsini təmin edib.
 

Qiymətlərin yüksəlməsilə yanaşı ABŞ Prezidenti Donald Tramp istehsalın artırılmasını tələb edib. OPEC, istehsal azaldılması tədbirinin davam etməsi lazım olduğunu söyləyir, amma davranışını yumşaltdığı görünür.
 
 

 

Bir OPEC rəsmisi, "Təklifdə böyük bir azalma baş verməsilə neftin 85 dollara qalxmasını görmək istəmirik, bu səbəbdən istehsalı artırmaq məcburiyyətində qala bilərik" deyib.


Mənbənin verdiyi məlumata görə, bazarın gələcəyi qeyri-müəyyənliyini qoruyur. Qeyri-müəyyənliyin böyük hissəsi, OPEC-in İyun görüşündən əvvəl Vaşinqtonun İran və Venesuela sanksiyalarını nə qədər sərtləşdirəcəyinin məlum olmamasından qaynaqlanır.

15.04.2019 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ