Ən yuxarı (mobil)_30

Nissan Azərbaycan bazarını Türkiyədən idarə edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nissan Azərbaycan bazarını Türkiyədən idarə edəcək


Yaponiyanın avtomobil istehsalçısı Nissan; Mərakeş, Tunis, Sudan, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan və Türkmənistan əməliyyatlarını Türkiyədən idarə edəcək.

 
"Marja" xəbər verir ki, Nissan-dan verilən məlumata görə, şirkətdəki yenidənqurma nəticəsində Şimali Afrika və Müstəqil Dövlətlər Birliyi bölgələrindəki 8 ölkənin idarəetmə mərkəzi "Nissan Türkiyə" şirkəti olaraq müəyyənləşdirilib.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Nissan Türkiyə" şirkətinin Baş direktoru Sinan Özkök, bu vəzifəsinə əlavə olaraq, Şimali Afrika və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə də Baş direktor təyin olunub.
 

1 Apreldən etibarən Nissan-ın Mərakeş, Tunis, Sudan, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan və Türkmənistan bazarları Sinan Özkökə hesabat verəcək.
 

Şirkətin sözügedən ölkələrdəki fəaliyyətləri daha əvvəl Orta Şərq regionu çərçivəsində idarə edilirdi.
 

 

Açıqlamada fikirlərinə yer verilən Sinan Özkök, "Şimali Afrika və Müstəqil Dövlətlər Birliyi markamız üçün yüksək potensialı olan bazarlardır. Daxili bazarda tənəzzül yaşadığımız bu dövrdə 8 ölkənin idarə edilməsinin bizə həvalə edilməsi komandamız üçün böyük bir motivasiya qaynağı oldu, yeni bir həyəcan yaratdı" deyib.

15.04.2019 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ