Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərsu"yun nizamnamə kapitalı artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsu"yun nizamnamə kapitalı artırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli qərara dəyişikliklərlə bağlı yeni qərar qəbul edib.

 

Reklam_3_11

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərara əsasən dövlət vəsaitləri hesabına inşa edilən və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən "Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkab axıntılarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 900 000 manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 ədəd kanalizasiya nasosxanası, 1 ədəd yerindəyüksəltmə nasosxanası və 1 ədəd suqəbuledici kamera, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera, “Sabunçu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 5 450 000 manat olan 6,7 km uzunluğunda magistral su xətti və 17,1 km u zunluğunda su şəbəkəsi ASC-nin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilib.

 

Qərarla həmçinin Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli qərarı ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə bir sıra dəyişikliklər edilib. 

 

Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

15.04.2019 07:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ