Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bankdan 3 ayda 130 milyon manat xalis mənfəət - BANKDA SON VƏZİYYƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan 3 ayda 130 milyon manat xalis mənfəət - BANKDA SON VƏZİYYƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cəmi gəlirlərin artması, cəmi xərclərin isə azalması Bankın əməliyyat mənfəəti artıb.


 

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 130 milyon 345 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 139 milyon 895 min manat xalis mənfəət əldə etmişdi. 

 

“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə Beynəlxalq Bankın cəmi gəlirləri 138 milyon 44 min manat, o cümlədən faiz gəlirləri 108 milyon 662 min manat, qeyri-faiz gəlirləri 29 milyon 382 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 85 milyon 155 min manat əməliyyat mənfəəti formalaşıb. Əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 45 milyon 190 min manatı azad olduğundan mənfəət 130 milyon 345 min manata yüksəlib.

 

2018-ci ilin ilk rübündə Beynəlxalq Bankın cəmi gəlirləri 131 milyon 594 min manat, o cümlədən faiz gəlirləri 110 milyon 651 min manat, qeyri-faiz gəlirləri 20 milyon 943 min manat təşkil etmişdi. Həmin dövrdə xərclər çıxıldıqdan sonrabankın 75 milyon 49 min manat əməliyyat mənfəəti qalmışdı. 2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə Bankın əməliyyat mənfəətinin artması diqqəti çəkir. Bank faiz və qeyri-faiz xərclərini azaldıb.

 

2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin yanvar-mart dövründə Beynəlxalq Bankın faiz gəlirləri 1 milyon 989 min manat və ya 1,8% azalıb, qeyri-faiz gəlirləri isə 8 milyon 439 min manat və ya 40,3% artıb. Qeyri-faiz gəlirlərinin artması hesabına Bankın cəmi gəlirləri 6 milyon 450 min manat və ya 4,9% artıb.

 

2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin yanvar-mart dövründə Beynəlxalq Bankın faiz xərcləri 8 milyon 465 min manat və ya 26,6% azalıb, qeyri-faiz xərcləri isə 5 milyon 251 min manat və ya 21,7% artıb. Faiz xərclərinin azalması hesabına Bankın cəmi xərcləri 3 milyon 214 min manat və ya 5,7% azalıb. Cəmi gəlirlərin artması, eyni zamanda cəmi xərclərin isə azalması Bankın əməliyyat mənfəətinin artmasını təmin edib.

 

2019-cu ilin ilk rübündə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın
yaradılmasına ayırmalardan 45 milyon 190 min manat azad olub. Ötən ilin eyni dövründə bu məbləğ 64 milyon 404 min manat təşkil etmişdi. Ayırmadan azad olan məbləğin daha az olması cəmi xalis mənfəətin aşağı düşməsilə nəticələnib. Önəmli olan, Bankın əməliyyat mənfəətində artımın olmasıdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

31 Mart 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC 8 milyard 461 milyon manat cəmi ativlərə, 7 milyard 163 milyon manat cəmi öhdəliklərə və 1 milyard 298 min manat cəmi aktivlərə malik olub.

 

31.03.2018-ci il tarixində  Beynəlxalq Bank 8 milyard 403 milyon manat cəmi aktivlərə, 7 milyard 308 milyon manat cəmi öhdəliklərə və  1 milyard 95 milyon manat cəmi kapitala malik idi. 

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

31 Mart 2019-cu il tarixində müştərilərə verilən kreditlər 1 milyard 937 milyon manat təşkil edib. Ötən ilin eyni tarixində bu məbləğ 1 milyard 670 milyon manat idi.

 

15.04.2019 12:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ