Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Finex Kredit” “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl təşkilat” adına layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Finex Kredit” “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl təşkilat” adına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 12 aprel 2019-cu il tarixində Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təşkil etdiyi 12-ci İllik Təltif Şam Ziyafəti və AMFA-nın yaranmasının 15-ci ildönümü qeyd olunmuşdur. 

 

Reklam_3_11

Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, ölkəmizin qabaqcıl banklarının və kredit təşkilatlarının təmsilçiləri iştirak etmişlər. 


“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı da bu yubiley tədbirinə dəvət alaraq qoşulmuşdur. AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva açılış nitqləri ilə tədbir iştirakçılarını salamlamışlar. Bundan sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli konfederasiyanın Prezidenti Məmməd Musayev və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini Əfqan Baxışov çıxış edərək AMFA-nın 15 ildə gördüyü işlər, layihələr haqqında danışaraq AMFA nümayəndələrinə gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndirilməsini arzulamış, yeni uğurlar diləmişdirlər. 

 

Ziyafətdə ilin qabaqcıl maliyyə təşkilatları üç nominasiya üzrə mükafatlandırılmışlar.

 

“İlin innovativ məhsulunu təqdim edən qabaqcıl təşkilat” nominasiyasının qalibi “Finex Kredit” BOKT elan olunmuş və müvafiq sertifikatla mükafatlandırılmışdır. 

 

Digər nominasiyaların qalibləri “İlin Kiçik və Orta Sahibkarlığa dəstək verən qabaqcıl təşkilatı” - Bank Respublika, “İlin gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilatı” - AccessBank elan edilmişlər.

 

www.finexkredit.az

 

15.04.2019 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ