Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Uzun fasilədən sonra Mərkəzi Bankın hərracında bir ilk

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uzun fasilədən sonra Mərkəzi Bankın hərracında bir ilk

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında uzun fasilədən sonra bir ilk baş verib. Hərracda, tələb təklifdən aşağı olub. İndiyədək keçirilən hərraclarda tələb təklifi üstələyirdi. 

 

"Marja" xəbər verir ki, 15.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70% təşkil etmişdir. 

 

Mərkəzi Bank depozit hərracı ilə 350 milyon manat cəlb edəcəyini açıqlamışdı. Faiz aralığı 7,01% - 8,99% müəyyən edilmişdi. Beləliklə, sonuncu hərracda tələb təklifdən aşağı olub və faiz dərəcəsi 7,01%-dən 7,70%-ə yüksəlib. Əvvəlki hərraclarda tələb təklifi üstələdiyindən orta ölçülmüş faiz dərəcəsi faiz aralığının aşağı həddi (7,01%) səviyyəsində baş tuturdu. 

 

SON 3 HƏRRACDA TƏLƏB AZALIRDI

 

Xəbər verdiyimiz kimi, 08.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 547,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

01.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 659,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.


27.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 849 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

 

 

Mərkəzi Bankın uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı hədlərini aşağı salması depozit hərraclarını sərfəsiz edib. Eyni zamanda, banklarda izafi likvidlik azala bilər.

15.04.2019 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ