Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bu risklidir” -dollar əmanətində yüksək faiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bu risklidir” -dollar əmanətində yüksək faiz

Son bir neçə ayda Azərbaycanda banklar dollarla sığortalanmayan əmanətlərin qəbuluna başlayıblar. Azərbaycan bankları arasında 10-a yaxın bank müştərilərə dollarla sığortalanmayan əmanətlər təklif edirlər. 

 

Reklam_3_11

Faizlər 4-13 arasında dəyişir

 

Bəzi banklar isə hətta daha yüksək faizlə dollar əmanəti cəlb etməyə çalışırlar. Araşdırmaya görə, banklar arasında dollarla sığortalanmayan əmanətlər üzrə faiz dərəcəsi 4-13 % arasında dəyişir. Müştəri olaraq maraqlandıqda bank əməkdaşları bu kampaniyalar haqqında ağızdolusu danışsalar da, onların qorunmadıqlarını qeyd etmirlər. Yalnız sual verib soruşduqda həmin əmanətlərin qorunmadığını təsdiqləyirlər.

Vurğulamaq istərdik ki, dollar əmanətləri üzrə yüksək faiz dərəcələri böyük gəlir təəssüratı yaratsa da, banklara bu şəkildə depozit yatırmaq təhlükəlidir. Bunu bankirlər və iqtisadçı ekspertlər də təsdiqləyirlər.

 

Taleh Kazımov: “Reallıqda çox yüksək faiz dərəcələridir”

 

Bir qədər əvvəl “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov   müsahibəsində bu məsələyə aydın gətirmişdi. O bildirib ki, müştərilər böyük faizlər təklif edən banklara etibar etməməlidirlər: “Bazarda hamıdan yüksək faizləri reklam edən banklar varsa, deməli onların likvidlik problemi yaranıb, ona görə də bahalı vəsait cəlb etmək istəyirlər. Bəzi bankların əmanətlərdə dollarla 9%, manatla 17-19% təklif etmələri bununla bağlıdır. Deyə bilərəm ki, reallıqda çox yüksək faiz dərəcələridir və müştərilər bu təkliflərə yanaşmada çox ehtiyatlı olmalıdırlar”.

 

“Sığortalanmayan dollar əmanəti yatırmaq risklidir”

 

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, xaricdən və Mərkəzi Bankdan dollarla vəsait cəlb edə bilməyən banklar diqqəti əmanətlərə yönəldirlər. Yüksək faizlə dollar əmanəti cəlb etməyə çalışırlar. Bu həmin bankların likvidlik probleminin olduğunu göstərir. Manatın bahalaşma perspektivlərinin olmadığı nəzərə alsaq, hazırki şəraitdə bankların həmin vəsaitləri necə qaytaracaqları sual altındadır. Ekspert hesab edir ki, bütün sadalanları nəzərə alaraq hazırda qorunmayan dollar əmanətləri üzrə depozit yerləşdirmək risklidir.  

 

Yüksək faizlə dollar cəlb edən bankdan etiraf: “Bu risklidir”

 

Maraqlıdır ki, qorunmayan dollar əmanəti təklif edən banklar özləri də bu formada əmanət yerləşdirməyin dolayı yolla riskli olduğunu etiraf edirlər. Məsələn, adı çəkilən banklardan biri özünün qorunmayan əmanətləri üzrə təklif etdiyi faizin daha sərfəli olduğunu, həmin məbləğdən yuxarı dollar əmanəti qəbul edən digər bankların isə kapital problemi olduğunu bildirir: “Yüksək faizlə qorunmayan əmanət cəlb etmək risklidir”.

 

©Fins.az

16.12.2016 06:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ